Türkiyənin Çukorova Universitetinin professoru “Yaşıl çay” MMC-də olub

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun dəvəti ilə Lənkəran Dövlət Universitetində qonaq olan Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlunun cənub bölgəsi və Lənkəran Dövlət Universiteti ilə tanış olub. 3 günlük səfər proqramı çərçivəsində hörmətli qonaq LDU-nun professor –müəllim heyətinin müşayiəti ilə Lənkəranda sitrus bağçılığın və çayçılığın inkişafı ilə yerlərdə əyani tanış olub,bu sahənin mütəxəssisləri ilə görüşlər keçirib.”Yaşıl çay”fermer təsərrüfatında qonaq olan türkiyəli alim burada son iki ildə çayçılığın və sitrus bağçılığın inkişafı istiqamətində aparılan işlərdən, tədbiq olunan yeni təsərrüfatçılıq metodlarından,əldə edilən nəticələrdən razı qaldığını bildirib. Qonaq ”Yaşıl çay”fermer təsərrüfatında çay plantasiyalarına, tut bağına baş çəkib, təsərrüfatın rəhbəri Araz Yağubovla sitrusçuluğun, çayçılığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıb. Araz Yağubov türkiyəli qonağa təsərrüfatın fəaliyyəti barədə ətraflı məlumat verib, gələcək planlarından danışıb. Qərara alınıb ki, bu sahədə əməkdaşlıq davam etdirilsin.

  “Yaşıl çay”