“Yaşıl çay” MMC respublikada ilk dəfə özünün hazırladığı 100 min ədəd tut çilingi əkib

Pre­zi­dent İl­ham Əli­ye­vin öl­kə­miz­də ix­rac­yö­nüm­lü məh­sul­la­rın, o cüm­lə­dən ba­ra­ma­çı­lı­ğın in­ki­şa­fı ilə bağ­lı tap­şı­rıq­la­rı­na əsa­sən, Lənkəran rayonunda da bu sa­hə­yə diq­qət və ma­raq cid­di su­rət­də ar­tıb. Ənənəvi sahə olan baramaçılığın inkişafı üçün tut tinglərinin əkilməsi əsas şərtlərdəndir.  Rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən çoxprofilli  “Yaşıl çay” FT MMC bu cəhətdən xüsusi fərqlənir. Kollektiv ilk dəfə olaraq ötən il əkdiyi 12 min ədəd çin mənşəli tut bağından bu il tut çilingi hazırlamağa başlayıb.

Təsərrüfatın direktoru Araz Yağubovun sözlərinə görə, bu il sentyabrın 2-də Cənab İlham Əliyevin təsərrüfata baş çəkməsi və onların işindən razı qalması kollektivi daha yaxşı işləməyə, baramaçılığın yem bazasını daha da inkişaf etdirməyə ruhlandırıb. Belə ki,ötən il 1,2 hektar sahədə əkilən  Çindən gətirilən 12 min ədəd tut tinginin keyfiyyətli inkişafı onları həmin ağaclardan tut çilingi hazırlamağa həvəsləndirib. Kollektiv qısa müddətdə 100 min ədəd yüksək keyfiyyətli tut çilingi hazırlayaraq yeni tut plantasiyaları salıb. Təcrübəli iş adamı bildirib ki, yeni salınmış tut bağı kollektivimizin Dövlət Başçısı cənab İlham Əliyevin ad gününə hədiyyəsidir.

Araz Yağubov deyir ki, çünki Cənab Prezidentin tapşırıq və tövsiyələri bizi bu gəlirli sahəni yenidən dirçəltməyə  həvəsləndirib. Bu, ölkəmizə valyuta axınına, yeni iş yerlərinin yaranmasına, bununla da əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Qeyd edək ki, baramaçılığın yem bazasını yaradan fermer təsərrüfatı gələn təsərrüfat ilində ilk dəfə olaraq barama hazırlamaq üçün müasir kümxananın tikintisinə də start verib.

  Sərraf Talıbov