Azərbaycan Çindən 1,5 milyon ədəd tut tingi alır

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Çindən baramaçılığın inkişafı üçün 1,5 milyon ədəd tut tingi alacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazirin sözlərinə görə, tinglərin tədarükü üzrə müqavilə artıq imzalanıb:

"Onlar ölkəyə 25-27 noyabrda çatdırılacaq, sonra bölgələrə paylanacaq".

  "Yaşıl çay"