Strateji yol xəritələri aqrar sektorun sürətli inkişafına imkan yaradacaq" MÜSAHİBƏ

Məlum olduğu kimi, bu günlərdə cənab İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” haqında fərmanları imzalayıb. Ölkə başçısının fərmanları Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malik fundamental sənədlərdir.Bəs iş adamları bu barədə nə düşünürlər? Həmsöhbətimiz Lənkəran rayonundakı “Yaşıl çay” FT MMC-nin rəhbəri Araz Yağubovdur.

 
- Araz müəllim, təcrübəli bir təsərrüfat rəhbəri kimi ölkə başçısının yeni Fərmanı barədə fikirlərinizi bilmək maraqlı olardı.
 
- Qısaca deyə bilərəm ki, bu Fərman ölkəmizin davamlı inkişafı baxımından həlledici əhəmiyyət daşıyır. Bu mənada ölkədə məhsul bolluğunun yaradılması, rəqabətə davamlı məhsulların istehsal olunması üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması əsas şərtlərdəndir. Bu məqsədlə ölkə başçısının bundan əvvə lverdiyi Sərəncamla vergi, gömrük lisenziyalaşdırma qaydalarının sadələşdirilməsi, xüsusilə də Vergi Məcəlləsində müvafiq dəyişiklik edilməsi iş adamlarının sərbəst fəaliyyəti üçün yeni imkanlar yaratmışdır. Dövlət başçısı tərəfindən son vaxtlar bu istiqamətdə verilən qərarlar, imzalanan sənədlər, yaradılan təzə qurumlar göstərir ki, həmin çərçivədə də işlər kifayət qədər sürətlə gedir. Həmin siyahıya isə struktur islahatlarından başlamış yeni müasir xidmət qurumlarının yaradılmasınacan daxildir. Üstəlik, qeyri-neft sektorunun inkişafına xidmət edən tədbirlər davam etdirilir- sahibkarlara hərtərəfli maddi və əməli dəstək verilir, aqrar sektorda gəlir verən ənənəvi sahələrin dirçəldilməsi üçün konkret işlər görülür, ixracyönlü məhsulların istehsalı stimullaşdırılır, regionların potensialından maksimum istifadə üçün yerli və xarici sərmayələr cəlb olunur.
- Fərmanda irəli sürülən hansı sahələr diqqətinizi daha çox cəlb etdi?
 
- Sevindirici haldır ki, ətrafımızda baş verən kataklizmlərə baxmayaraq, möhtərəm Prezidentimiz daim ölkənin təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, işsizliyin aradan qaldırılması, insanların sosial rifahının yaxşılaşdırılmasını önə çəkir. Bu tədbirlərin davamı olaraq CənabPrezident dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalamışdır. Fərmana əsasən, milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin inkişafı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib. Əsas yol Azərbaycanın davamlı iqtisadi inkişafı əsasında iqtisadiyyatınrəqabətqabiliyyətliliyinin artırılması və qlobal mövqeyinin gücləndirilməsi üzərindən sosial rifahı yaxşılaşdırmağa istiqamətlənəcək. Bu strateji baxışın altında funksional olaraq 11 sektor müəyyənləşib. Bunlardan 6-sı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır. Bütün sahələr böyük önəm daşıyır və iqtisadiyyatın aparıcı sahələridir. Lakin aqrar sahədə çalışdığımdan, təbii ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı yol xəritəsi məni daha çox maraqlandırır. Çünki 10 ildən çoxdur ki, bu sahədə çalışıram. Heyvandarlıq və çayçılıq kimi çox ağır sahələrin,inkişafında müəyyən uğurlara nail olmuşam. Əlbəttə bu istiqamətdə dövlətimizin qayğısı böyük rol oynayıb. Bu gün elan edilən strateji yol xəritəsi inkişafımıza daha da təkan verəcək böyük platformadır.
- Cənab Prezident Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsini də təsdiq edib. Yəqin ki, artıq bu Fərmanla tanışsınız.
 
- Əlbəttə. Bu fərman"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmandan irəli gələn geniş açıqlamadır. Burada qarşıda duran vacib sahələrə aydınlıq gətirilib. Strateji Yol Xəritəsinin 2016–2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulur. Bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir. Hər bir strateji hədəfin reallaşdırılması üçün 2016–2020-ci illər üzrə prioritet istiqamətlər müəyyən olunaraq əsaslandırılmışdır. Son illər cənab İlham Əliyevin elan etdiyi kurs onun nə qədər uzaqgörən və müdrik siyasətçi olduğunu bir daha göstərdi. Azərbaycan bu gün dünyada baş verən və davam edən iqtisadi böhranı nəzərə alaraq, düzgün istiqamət seçdi və əsas diqqəti kənd təsərrüfatı başda olmaqla, qeyri-neft sektorunun inkişafına yönəltdi. Dövlət başçısının müvafiq sərəncamı və tapşırıqları ilə artıq kənd təsərrüfatının bir çox sahələrində irəliləyiş əldə edilib. Buna misal olaraq, pambıq, barama, tütün istehsalını, heyvandarlığı və digər sahələri göstərmək olar. Lakin görülən işlərlə kifayətlənmək olmaz. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi kənd təsərrüfatının hər bir sahəsi ölkə üçün çox vacibdir. Buna görə də dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında taxılçılıq, üzümçülük, çayçılıq, fındıqçılıq, badam, zeytun istehsalı və digər sahələrin inkişaf etdirilməsi üçün konkret tapşırıqlar vermişdir.
- Kənd təsərrüfatı məhsullarının istehsalı və emalını nəzərdə tutan strateji yol xəritəsində hansı bölmələr daha çox diqqətinizi cəlb etdi?
 
- Bütün bölmələr aqrar sahənin inkişafına hesablanıb. Lakin“barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması” bölməsi həqiqətən də bu sahəyə ölkə rəhbərliyinin nə qədər önəm verdiyinin bariz nümunəsidir. Təsadüfi deyildir ki, bu il ölkəmizə Çindən xeyli tut tingi gətirilmişdir. Bunun 40 min ədədi rayonumuza ayrılmışdı. Təsərrüfatımız da bu imkandan yararlanaraq 1,2 hektarda 10150 ədəd tut əkini keçirmişdir. Beləliklə, gələcəkdə baramaçılığın inkişafı üçün təsərrüfatımızda əsaslı yem bazası yaradılmışdır. Demək, təsərrüfatımız təkcə çayı ilə deyil, həmçinin keyfiyyətli baraması ilə də tanınacaqdır. Bu isə kənd yerində əlavə iş yerləri, işçilərin rifah halının yüksəldilməsi deməkdir. Digər istiqamət isə “kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artması”dır. Məsələn, biz çayçılıqda kiçik həcmli texnikalara, xüsusi avadanlıqlara, heyvandarıq sahəsində istifadə edilən texnikalara böyük ehtiyac hiss edirik. Bu barədə dəfələrlə əlaqədar təşkilatlaraa müraciət etmişik. Inanıram ki, cənab İlham Əliyevin bu Fərmanından sonra kənd təsərrüfatına diqqət daha yüksək səviyyədə artacadır. Çünki ayrı çıxışımız yoxdur. Ölkənin təhlükəsizliyi, məncə, aqrar sahənin intensiv inkişafından gedir. İndiki şəraitdə məhz cəmiyyətin gözləntilərinə cavab olaraq, həmçinin qeyri-neft iqtisadiyyatının yaradılması yönündə atılacaq addımları özündə əks etdirən önəmli sənəd hazırlanıb. 2017-ci ildən başlayaraq proqramın gerçəkləşməsi Azərbaycanın yeni iqtisadi mərhələyə daxil olması demək olacaqdır.
- Strateji yol xəritəsi sizə nə vəd edir? Bu sənəddən hansı gözləntiləriniz var?
 
- Bu sənəd yenicə təsdiq edilib. Yəqin ki, bir müddət keçəndən sonra bu haqda daha geniş danışmaq olar. Məncə,Strateji sənədlərin təsdiqi Azərbaycanın iqtisadiyyatında yeni mərhələnin əsasını qoyur. Bu sənədlər məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimum endirilməsi ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, sənəd imkan verir ki, Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatları məhz bu strateji xəritəyə uyğun olaraq müddətli şəkildə reallaşdırmaq mümkün olsun. Azərbaycan bu gün özünü əsas ərzaq məhsulları ilə tam təmin edə bilər. Dövlət bunun üçün sahibkarlığın inkişafına hər cür şərait yaradıb, eləcə də tikinti, turizm, sənaye sektoru, kənd təsərrüffatı sahəsində sahibkarlara müxtəlif güzəştlər olunub. Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı həm iş adamları, həm də yerli icra orqanlarının daha çox diqqət verilməli olduqları sahələri sadalayıb. Cənab Prezident ölkədə istehsal olunan ərzaq məhsulları və bu məhsullar üzrə xaricdən asılılıq dərəcəsi üzrə statistik məlumatları da səsləndirərək bu sahələrə daha çox diqqət verilməli olduğunu bildirib: “Məhsul istehsalı üzrə statistik rəqəmlər ilk növbədə onu göstərir ki, biz son illər ərzində tarixi nailiyyətlərə imza atmışıq. Sovet dövründə biz yağı da, əti də, südü də, pendiri də - hamısını Rusiyadan, Ukraynadan gətirirdik. İndi biz özümüzü böyük dərəcədə təmin edə bilmişik. Ona görə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti uğurla aparılır. Ancaq, eyni zamanda, onu göstərir ki, hələ görüləsi işlər çoxdur. Səsləndirdiyim rəqəmlər iş adamları, dövlət qurumları, yerli icra orqanları üçün əsas sənəd - yol xəritəsi olmalıdır və bunu tezliklə icra etməliyik”. Cənab Prezidentin möhkəm iradə nümayiş etdirərək elan etdiyi strateji xətt-qeyri-neft sektorunu yeni mərhələyə çıxarmaq baxımından qəbul etdiyi“yol xəritəsi” ölkəmizin həyatında böyük hadisə kimi qiymətləndirirəm.
- Rəhbərlik etdiyiniz təsərrüfat barədə nə deyə bilərsiniz? Yeni Fərman yəqin ki, müəssisənizin inkişafına böyük stimul verəcəkdir.
 
- Mən də belə düşünürəm. Təsadüfi deyildir ki, yeni Fərmanda aqrar sahədə çalışan bir sahibkar kimi kənd təsərrüfatının inkişafı ilə bağlı irəli sürülən istiqamətlər böyük önəm daşıyır. Artıq 10 ildən çoxdur ki, “Yaşıl çay” FT MMC-ni yaratmışam. Ötən dövrdə dövlətimizin yaratdığı münbit şəraitdən bəhrələnərək bir sıra uğurlara imza atmışam. Artıq məşğul olduğum çayçılıq sahəsi da özünün bərpa dövrünü yaşayır. Möhtərəm Prezidentimizin bu sahəyə artan qayğısı, diqqəti bizi daha yaxşı işləməyə, bol və keyfiyyətli məhsul yetişdirməyə həvəsləndirir. İndiyədək 61 hektar ərazini əhatə edən çay plantasiyalarına düzgün aqrotexniki qulluq göstərməklə yanaşı, yeni çay sahələri salmaq, onu daha da artırmaqla yanaşı istehsal etdiyimiz xammalı müəssisəmizin nəzdində emal edib daha yüksək gəlir əldə etmək, burada çalışanların rifaını yüksəltməyi düşünürük. Cənab Prezidentimizin yol xəritəsində də əsas istiqamətlərdən biri kimi irəli sürülən bu yolu daha da inkişaf etdirməyi qarşımıza başlıca məqsəd kimi qoymuşuq.Həmçinin bu il cənab Prezident İlham Əliyevin çağırışına səs verərək baramaçılığın inkişafı məqsədilə təsərrüfatımızda1,2 hektar sahədə Çin Xalq Respublikasından gətirilmiş 10 min 150 ədəd tut tingi əkmişik. Bununla da baramaçılığın intensiv inkişafı üçün də möhkəm yem bazası yaratmışıq.və gələcəkdə təsərrüftımızda çox gəlirli sahə olan baramçılığın inkişaf etdirilməsi ilə əlavə iş yeri yaratmaq, işçilərin daha çox əmək haqqı almasına şərait yaranacaqdır.
- Söhbətimizin sonunda əlavə nə demək istəyirsiniz?
 
- Ölkə Prezidenti gələcəkdə də sahibkarlığın inkişafına ciddi önəm verəcəyini söyləyib. Prezident bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılır: “Sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Bakıda, digər şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da, əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”. Ölkədə məhsul bolluğunun yaradılması, rəqabətə davamlı məhsulların istehsal olunması üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması əsas şərtlərdəndir. Bu mənada ölkə başçısının verdiyi Fərmanda “AR-da kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, həmçinin “AR-da kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” bizim gələcək inkişaf strategiyamızı müəyyənləşdirəcək və bu yolu seçərək fəaliyyətimizi davam etdirəcəyik. Rəhbərlik etdiyim kollektiv adından cənab Prezidenti əmin etmək istəyirəm ki, biz bundan sonra da Onun müdrik və uzaqgörən daxili və xarici siyasətini müdafiə edəcək, var gücümüzü ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə yönələn fəaliyyətimizi davam etdirəcəyik.
 
- Müsahibəyə görə çox sağ olun!
 
- Siz də sağ olun!
  "Yaşıl çay"