Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Oktyabrın 15-də Lənkəran Dövlət Dram Teatrında görkəmli Azərbaycan yazıçı-dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povestinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. İki gəncin nakam məhəbbətindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru respublikanın Əməkdar artisti Adil Zeynalov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Maraqla qarşılanan tamaşada rolları respublikanın Xalq artisti Qabil Quliyev (Dərviş), əməkdar artistlər Sucəddin Mirzəyev (Hacı Kamyab), Zemfira Əhmədova  (Fərmanın anası), artistlərdən Səyad Əliyev (Xortdan, Fərman), Şahrud Mehdiyeva (Hacı Kamyabın arvadı), Allahverən Babayev (Məşədi Seyfulla, Hampa, II dost), Niftulla Əsgərov (Hacı Mirzə Əhmədağa), Əlibala Əsgərov (Odabaşı, Xudayar xan), Miraslan Ağayev (Mirzə Mehdi), Hikmət Cəfərov (müəllim), Günel Abbaszadə (Göhərtac), Rauf Zeynalov (I dost, I oğlan), Nizami Qurbanov (II oğlan), Elvin Abdullayev (III oğlan) oynayıblar.

              “Yaşıl çay”