Musiqili Teatrın son həftə üçün repertuarı – Afişa

Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci mövsümündə yanvar ayının son həftəsi üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, teatr yanvarın 26, 27 və 28-də "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi),"Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), "Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), "Düyməcik” (H.K. Anderson) əsərlərini tamaşaçılara təqdim edəcək.

 Qeyd edək ki, R. Hacıyevin "Qafqazlı qardaşqızı” və uşaqlar üçün hazırlanan "Düyməcik” (H.K. Anderson) tamaşası rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.  

Nümayiş olunacaq səhnə əsərlərində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustaları, Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Cingiz Əhmədov, Boris Qrafkin, Svetlana Bulax, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Marina Litvinenko, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Nadejda Povelisina,Səmədzadə Xasıyev, Aydan Həsənova, Nicat Əli, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Elxan  İsmayılov, Fərid Rzayev, Nigar Qarayeva, teatrın 10 yaşlı aktyoru Tamerlan Əhmədov və başqalarının ifalarını izləyə biləcəklər.

Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını xoş və səmərəli keçirmək arzusunda olan hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

  “Yaşıl çay”