Bu 10 ərzaq məhsulu həmişə mətbəxinizdə olmalıdır — SİYAHI

Evdar xanımlar əla xörəklər hazırlamaq üçün hansı ərzaqlardan istifadə etmək lazım olduğunu bilirlər. Bəs görəsən orqanizmə hansı ərzaq məhsulları müsbət təsir göstərir?

"Yaşıl çay" Ölkə.Az-a istinadən mətbəxiniz üçün lazım olan və ən faydalı sayılan ərzaqların siyahısını təqdim edir.

1. Bal

İmmun sistemini möhkəmləndirir və enerji mənbəyi sayılır. Əgər mətbəxdə bal varsa, şəkəri unutmaq olar.


2. Banan

Tərkibində kaliumun miqdarı çoxdur və bu da öz növbəsində əzələlərə güc verir. Bundan başqa banan ürəyə müsbət təsir edir və insult riskini azaldır.


3. Yulaf yarması

Qan damarlarını təmizləyir və mədə-bağırsaq xəstəlikləri ilə mübarizə aparır. Yulafın tərkibində kalori miqdarı minimal həddədir.


4. İspanaq

İspanağın tərkibində A, C və K vitaminləri, dəmir, antioksidantlar var. Bu isə əzələ kütləsini artırmağa kömək edir.


5. Zeytun yağı

Zeytun yağının tərkibində E vitamini var. E vitamini A və K vitaminlərinin hopdurulma prosesində iştirak edir. Orqanizmi cavanlaşdırır və xolesterin miqdarını azaldır.


6. Alma

Almanın tərkibində olan C vitamininin miqdarı portağalın tərkibindəkinə nisbətən çoxdur. Bundan əlavə, alma xərçəng hüceyrələrinin artmasının qarşısını alır. Ağciyər, ürək və həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır.


7. Qatıq

Qatığın tərkibində kalsium və probiotiklərin miqdarı çoxdur. Bu da immuniteti qaldırır və həzmi yaxşılaşdırır.


8. Qızıl balıq

Balığın tərkibində omeqa-3 yağının miqdarı yüksəkdir. Bu yağ xolesterin miqdarını azaldır və xərçəngə qarşı orqanizmi qoruyur. Bundan əlavə, qızıl balıq saçlara da müsbət təsir göstərir və depressiya ilə mübarizəyə yardımçı olur.


9. Yerkökü

Bu tərəvəzin tərkibində beta-karotin miqdarı yüksəkdir. Beta-karotin görmə qabiliyyətini yaxşılaşdırır, onkoloji xəstəliklər riskini azaldır.


10. Qaragilə

Qaragilə orqanizmin yaşlanma prosesini zəiflədir və görmə qabiliyyətini yaxşılaşdırır. Eyni zamanda, yaddaş pozğunluğu və dalğınlığı da müalicə edir.

  "Yaşıl çay"