İlin ən uzun gecəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə deyib ki, dekabrın 21-ə keçən gecənin uzunluğu 14 saat 43 dəqiqə, gündüzün uzunluğu isə 9 saat 17 dəqiqə olacaq. Bu gecənin uzunluğu əvvəlki gecənin uzunluğundan 1 dəqiqə fərqlənəcək.

X.Mikayılov bildirib ki, dekabrın 21-26-da gecə və gündüzün uzunluğu sabit qalacaq. Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər isə uzanacaq.

X.Mikayılov bildirib ki, bu gün saat 14:44:12-də Azərbaycana qış daxil olacaq.

Onun sözlərinə görə, qışın daxil olma vaxtının müəyyənləşdirilməsi Yerin Günəş ətrafındakı hərəkəti ilə bağlıdır: "Qışın daxil olma tarixi hər il fərqlənir. Elə illər olub ki, qış Azərbaycana dekabrın 22-də daxil olub. Fevralın 28 və 29 gündən ibarət olması da buna təsir edir".

  "Yaşıl çay"