Lənkəran teatrında uşaqlar üçün hazırlanmış tamaşanın premyerası olub

Bu gün Lənkəran Dövlət Dram Teatrında XIX əsrin məşhur Danimarka yazıçısı Hans Kristian Andersenin  “ Qar kraliça”  nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olub. “Yaşıl çay” məlumatına görə, dostluq və məhəbbətdən, xeyirxahlığın şər üzərində qələbəsindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Maraqla baxılan tamaşada əsas rolları aktyorlardan Miraslan  Ağayev, Qızılgül Quliyeva, Şəbnəm Hüseynova, Təranə Əzizova, Səyad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və digərləri ifa ediblər.

Teatrdan verilən məlumata görə, yeni səhnə əsəri məktəblilərin qış tətili günlərində nümayiş etdiriləcək.

Ağəddin Babayev