Lənkəran teatrı Astara məktəbliləri qarşısında çıxış edib

Lənkəran Dövlət Dram Teatrının truppası məktəblilərin qış tətili ilə əlaqədar bu gün qonşu Astara rayonunda  gənc yazıçı Pərvin Nurəliyevanın eyni adlı nağıl-pyesi əsasında hazırlanmış “Dəcəl keçi” tamaşası ilə şagirdlər qarşısında çıxış edib. “Yaşıl çay”ın məlumatına görə, böyük maraqla izlənən tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Əsas rolları aktyorlardan Niftulla Əsgərov, Əbülfət Axundov, Qızılgül Quliyeva,  Təranə Fərəcova, Nizami Qurbanov, Ülkər Quliyeva və digərləri ifa ediblər.

Teatrdan verilən məlumata görə,  “Dəcəl keçi” tamaşası məktəblilərin qış tətili bitənədək bölgənin digər rayonlarında da nümayiş etdiriləcək.

  “Yaşıl çay”