Neft qiymətləri 5 həftədir yüksəlir

Neft qiymətləri, dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistandakı siyasi "qasırğa" ilə bahalaşır. Ümumiyyətlə neft qiymətləri, Noyabrda hasilatın azaldılması müqaviləsinin uzadılacağının gözlənilməsilə 5 həftədir bahalaşır.

"Marja" xəbər verir ki, neft Nyu-Yorkda bu həftə 2.5% bahalaşıb.

Bazar, Səudiyyə Ərəbistanda korrupsiya araşdırması daxilində şahzadələrin və bəzi yüksək səviyyəli rəsmilərin həbs olunmasının, OPEC-in rəhbərlik etdiyi hasilatın azaldılması müqaviləsini dəstəkləyən Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın gücünün artmasına səbəb olacağını düşünür. 

 Neft İxrac Edən Ölkələr Birliyi ölkələrinin (OPEC) və tərəfdaşlarının Mart ayında bitəcək hasilatın azaldılması sazişini uzadacağı gözlənilir.
Bakı vaxtı ilə saat 08:30-da Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 57.03 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 63.78 dollaradan alıcı tapıb.

  "Yaşıl çay"