Şəki və Xaçmazda toxum emal edən fabriklər tikiləcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun keçirdiyi tenderin iki qalibi elan olunub.
 
Tender komissiyasının yaydığı elana görə, Fondun malların (işlərin, xidmətlərin) satınalınması məqsədilə 2017-ci il avqustun 31-də keçirilmiş 2 lotdan ibarət təkliflər sorğusunda Lot-1. Şəki rayonunda toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması üzrə qalib "Qərazən" MMC, Lot-2. Xaçmaz rayonunda toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması üzrə isə qalib "Bayramlı Construction" MMC olub.

Qalib şirkətlərlə noyabrın 10-da müvafiq satınalma müqavilələri imzalanıb.

Fond toxum emalı üzrə 2 fabrikin, eləcə də anbar və yardımçı otaqların tikintisi üçün "Bayramlı Construction" MMC ilə 2 mln. 527,144 min manat dəyərində, "Qеrazеn" MMC ilə isə 3 mln. 89,139 min manat dəyərində müqavilələr bağlayıb.

“Bayramlı Construction” MMC tərəfindən tikinti işləri Xaçmaz rayonunda, "Qеrazеn" MMC tərəfindən isə Şəki rayonunda həyata keçiriləcək.

© APA,