Azərbaycan neftinin qiyməti açıqlandı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,41 dollar, yaxud 0,73% ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 55,97 dollara bərabər olub.

Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  "Yaşıl çay"