Buğdanın idxalı və satışı 3 il müddətində ƏDV-dən azaddır - nazirlik

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı, həmçinin quş ətinin satışı 3 il müddətində ƏDV-dən azaddır.

Vergilər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin gəlirləri mənfəət vergisindən müddətsiz azad edilib.

Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergiödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq, sahibkarlığın inkişafına dəstək verəcək.

  "Yaşıl çay"