Azərbaycan neftinin qiyməti - AÇIQLANDI

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,45 dollar, yaxud 0,78% azalıb. 

"Yaşıl çay" Report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,97 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

  "Yaşıl çay"