LƏNKƏRANDA MÜƏLLİMLƏRİN SENTYABR KONFRANSI

Sentyabrın 12-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi konfransı keçirilib.
Konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun təhsil işçiləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfrans Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Şəhər Təhsil şöbəsinin müdiri Ş.Əhmədova “2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəni konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Məruzə ətrafında şəhər 10 nömrəli tam orta məktəbinin direktoru Qadir Axundov, valideyn Günel Cavadova, Şürük kənd tam orta məktəbinin direktoru Namik Bağırov, şəhər 6 nömrəli məktəb-liseyin məzunu, Tibb Universitetinin I kurs tələbəsi Nazlı Bağırzadə, şəhər 4 nömrəli məktəb-liseyin müəllimi Ülkər Dadaşova,       Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Respublika Təhsil Nazirliyinin əməkdaşı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Mirbaba Babayev çıxış ediblər.
Konfransda çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yeni dərs ili və Bilik günü münasibətilə rayonun bütün müəllim və şagirdlərini, o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik edib. Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan cənab T.Qaraşov bildirib ki, təhsilin, elmin inkişafı olmadan heç bir sahədə uğur qazanmağın mümkün olmadığını qeyd edib və ölkəmizin gələcək inkişafı üçün bu gün savadlı, bacarıqlı, müasir texnologiyalara mükəmməl yiyələnən gənclərin yetişdirilməsinə böyük ehtiyacın olduğunu vurğulayan İcra başçısı bunların orta ümumtəhsil məktəblərində hazırlandığını diqqətə çatdırıb.
Natiq daha sonra Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğısını bir daha nəzərə çatdıraraq qeyd edib ki, elə bu günlərdə möhtərəm Prezidentimizin rayonumuza növbəti səfəri hamımızda böyük ruh yüksəkliyi yaradıb. Biz hələ də bu səfərin xoş təəssüratları ilə yaşayırıq. Dövlət başçısı tərəfindən rayonumuzun davamlı inkişafı üçün göstərdiyi qayğı, xüsusən aqrar sahənin – çay, sitrus və çəltik sahələrinin dirçəldilməsi və inkişafı üçün verdiyi tapşırıq və sərəncamlar habelə buna həsr olunmuş respublika konfransı heç şübhəsiz ki, rayonumuzun iqtisadiyyatında mühüm rol oynayacaqdır. Ölkə həyatının bütün sahələrində olduğu kimi təhsil sahəsində də bu gün qlobal tədbirlər həyata keçirilir. Rayonun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirən ŞİH-nin başçısı T.Qaraşov təhsilimizin inkişafı üçün müəllimlərin bundan sonra da yüksək əzmkarlıq göstərəcəklərinə əmin olduğunu bildirib. 
İcra başçısı daha sonra builki qəbul imtahanlarında yüksək bal toplayan bir qrup tələbəyə şəhər İcra hakimiyyətinin Fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim edib.
Sonra konfransın qətnaməsi oxunub və konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

  "Yaşıl çay"