Lənkəran Dövlət Humanitar Kollecində “Bilik” günü

Sentyabrın 15-də Lənkəran Dövlət Humanitar Kollecində “Bilik Günü”nə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbiri kollecin direktoru dosent Ruslan Həmidov açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Direktor giriş nitqində bu gün ölkənin hər bir təhsil ocağında təntənəli şəkildə qeyd olunan “Bilik Günü” münasibətilə kollec əməkdaşlarını, tələbələri və xüsusilə də bu il kollecə qəbul olunan tələbələri, onların valideynlərini təbrik edib, onlara təhsildə və əmək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkədə gedən geniş miqyaslı abadlıq quruculuq işlərindən və dayanıqlı iqtisadi inkişafdan danışan direktor qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı təhsil siyasətinin uğurlu nəticəsi göz qabağındadır. Artıq tələbələrimiz müasir standartlara uyğun istilik sistemi, yanğın təhlükəsizliyi sistemi və internetlə təchiz olunmuş geniş, işıqlı, yaraşıqlı auditoriya və laboratoriyalarda dərs keçirlər. Sonra Kollecin pedaqoji şöbə müdiri Bəyəli Rüstəmov, “Musiqi və təsviri incəsənət” şöbəsinin müdiri Fikrət Kərimli, müəllim, FBK-sədri  Qətilə Şükürova, valideyn Qədir Quliyev, tələbə Nurlanə Vəlizadə çıxış edərək yeni tədis ilinin başlanması və “Bilik Günü” münasibətilə tələbə və müəllimləri təbrik ediblər, yaradılan bu gözəl şəraitə görə Dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Sonra direktor rayonun və kollecin ictimai–siyasi həyatında fəal iştirak edən kollecin IV kurs tələbəsi Fidan Hüseynovaya və müəllimlər – Şəlalə Bədəlova, Esmira İsmayılova və Günay Abasovaya Yeni Azərbaycan Partiyasının yeni üzvlük vəsiqələrini təqdim edib və gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin sonunda bu il qəbul imtahanlarında yüksək bal toplayaraq kollecə qəbul olmuş tələbələr, Mübariz Həsənli, Rüqəyya Xıdırova, Aidə Qurbanova, Nurlanə Vəlizadə və Aytəkin Şəfizadəyə direktor tərəfindən tələbə bileti və qiymət kitabçaları təntənəli surətdə təqdim olunub. Sonda kollecin akt zalında ənənəvi olaraq bu il kollecə qəbul olunan tələbələrin valideyinləri ilə kollec rəhbərliyinin görüşü keçirillib. Direktor kollecdə tədrisin keyfiyyəti, daxili nizam-intizam qaydaları və kredit sistemi haqqında valideynlərə ətraflı məlumat verib, valideynləri maraqlandıran suallar cavablandırıb                                                                                                        

     Cəmil Quliyev,

Lənkəran Dövlət Humanitar Kollecinin

müəllimi, tarix üzrə fəlsəfə doktoru