Lənkəran Dövlət Humanitar Kollecində Pedaqoji təcrübənin başlanması ilə bağlı konfrans keçirildi.

Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında buraxılış kurs tələbələrinin təcrübələrinin başlanması münasibətilə konfransı keçirildi. Korfransı giriş nitqi ilə açan kollecin direktoru dosent Ruslan Həmidov konfrans iştirakçılarını və dəvət olunmuş təcrübə keçiriləcək məktəb nümayəndələrini salamladı və  bu işdə onlara uğurlar arzuladı. Direktor təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək əvvəlki illərdə aparılan təcrübələrdə qazanılan uğurlar və müşahidə edilən nöqsanlar haqqında tələbə və metodistləri ətraflı məlumatlandırdı. Sonra söz kollecin təcrübə rəhbəri Sevər Əhmədovaya verildi. Təcrübə rəhbəri bildirdi ki, bu il kollecin “Təsviri incəsənət müəllimliyi”, “Texnologiya müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi” ixtisasları üzrə təhsil alan 87 nəfər sonuncu kurs əyani şöbə tələbələri ayın 8-dən başlayaraq 4 həftəlik müşahidə təcrübəsində iştirak edəcəklər. Bu təcrübələr  Lənkəran şəhər 4 saylı humanitar təmayüllu məktəb liseydə keçiriləcəkdir. Konfransda təcrübəçi tələbələr, metodist və fənn müəllimlərini maraqlandıran suallarla bağlı geniş müzakirələr aparıldı, əvvəlki illərdə keçirilən təcrübələrdən fotoşəkillər və video kadrlar nümayiş edildi. Sonda direktor dosent Ruslan Həmidov təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyyələr və əməli tapşırıqlar verərək konfransı bağlı elan etdi.

 

                                                                              Cəmil QULİYEV

                                                 Kollecin müəllimi, tarix üzrə fəlsəfə doktoru