Lənkəran Peşə Liseyinin “AŞPAZ” qrupunun festifalı keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi  Lənkəran Peşə Liseyinin “AŞPAZ” qrupu şagirdlərinin  rayonda yerləşən “Şah Sarayda” Azərbaycan mətbəxi ilə bağlı festivalı keçirilib. Festival 31 dekabr  “Dünya Azərbaycanlılarının həməylik Günü” və “Yeni il” ilə bağlı tədbirlər silsiləsi çərçivəsində baş tutub. Tədbirdə Lənkəran rayonunun dövlət müəssisələri, özəl qurumları, sahibkarlar və içtimaiyyət nümayəndələri  iştirak edib.

Tədbiri  giriş sözü ilə Lənkəran Peşə Liseyinn direktoru Afər Kərimov açaraq Azərbaycan Respublikası  Prezidenti Cənab İlham Əliyevin Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması istiqamətində  sərəncamı,  2016 ci ildə Peşə Təhsili üzrə Strateji Yol Xəritəsinin təsdiqlənməsi və bu sərəncamlardan sonra  Peşə Təhsili  sistrmində gedən müsbət dəyişikliklər, aparılan islahatlar barədə məlumat verib. Strateji  Yol xəritəsinə əsasən Lənkəran Peşə Liseyində  görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Qonaqlardan Lənkəran Təhsil Şöbəsinin müdiri Aslan  İbrahimov Peşə Təhsilinin cəmiyyətin inkişafındakı rolundan məlumat verərkən, son dövrlər bu sahədə olan uğurları vurğulayıb. Tədbirdə iştirak edən və Lənkəran Peşə Liseyi ilə əməkdaşlıq edən “Yaşıl Çay” Fermer Təsərrüfatının rəhbəri Araz Yağubov Lənkəran Peşə Liseyi ilə birgə baramaçılığın inkişafı ilə bağlı yeni memorandumun bağlanması perspektivləri haqqında məlumat verib. Çıxışlardan sonra  Lənkəran Peşə Liseyinin “Aşpaz” Qrupunun təqdimatı keçirilib. Qonaqlar Azərbaycan mətbəxinin zənginliyi ilə yaxından tanış olublar. Eyni  zamanda Peşə Təhsili  ilə bağlı yeni layihələr  və perspektivlər haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Lənkəran  Peşə Liseyi  1969 ci ildən fəaliyyət göstərir və burada  Lənkəran ,  Lerik, Masallı və Astaradan  298 şagird 7 ixtisas üzrə peşə təhsilinə yiyələnirlər.

 Sərrraf Talıbov