LDU-da ilk- yaradılan ictimai şura imtahanların obyektiv keçirilməsinə yardımçı olacaq

Lənkəran Dövlət Universitetində   bu dəfəki  payız imtahan sessiyasında  ilk dəfə imtahanların  gedişini yeni yaradılan  ictimai şura  da izləyə biləcək.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun təşəbbüsü və  şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə  yaradılan ictima şuraya  semestr boyu imtahanların gedişini izləmək,,şikayət olarsa,araşdırmada iştirak etmək  səlahiyyəti verilib.Şuranın tərkibinə ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri,media nümayəndələri daxil edilib.

 Qeyd edək ki,imzalanan müvafiq  əmrə əsasən payız semestrinin  imtahan sessiyasının  əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 04.01.2018-ci il tarixdən 01.02.2018-ci il tarixinədək,qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV  tədris ili qrupları üçün 04.01.2018-ci il tarixindən 11.01.2018-ci il tarixinədək keçirilməsi qərarlaşdırılıb.

İmtahanlararası müddət minimum iki gün,İmtahanlara ayrılmış vaxt iki  saat müəyyənləşdirilib.İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində səfffaflığı və obyektivliyi təmin etmək,yarana biləcək mənfi halları operativ aradan qaldırmaq məqsədi ilə yaradılan  Operativ qərargah da   bu gündən fəaliyyətə başlayıb.Operativ qərərgahın əlaqə telefonları 25-5-27-86,25—5-24-17 –dir.

İmtahan sessiyası müddətində 1 saylı tədris binasında 214,2 saylı tədris binasında 205-ci otaqlar Apelyasiya Komissiyası üçün ayrılıb.İmtahan nəticələri elan olunduqda tələbə aralıq qiymətləndirmənin nəticəsindən narazı olduqda həmin gün müvafiq Apelyasiya Komissiyasına ərizə ilə müraciət edərsə,rektorluğa  müvafiq məlumat veriləcək və imtahan qəbul edən müəllimin,kafedra müdirinin iştirakı ilə muvafiq Apelyasiya Komissiyası tələbənin yazılı cavablarının təkrar yoxlanmasını təmin edəcəkdir.

Tələbələrə kömək məqsədi ilə universitetin kitabxanası sessiya müddətində gücləndirilmiş iş rejimində ,hər iş günü saat 8.30-dan 17.30-dək fəaliyyət göstərəcək.Həmçinin ,qeyri iş günlərində kitabxana xidmətindən istifadə üçün növbətçilər ayrılması tələbələrə oxu zallarından və kitabxana xidmətindən istifadəyə imkan yaradacaq.

Qeyd edək ki,universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  ilk imtahan günü 1 və 2 saylı tədris korpuslarında olub  və imtahanların gedişini  əyani izləyib.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri