Azərbaycanda 208 nəfər məktəb direktoru vəzifəsinə işə qəbul olunub

Məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib.

Bu barədə SalamNews-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb.

Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

Bundan başqa respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Çüsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.

  "Yaşıl çay"