Yapon tatuları: Tibbi cihazlar tarixə qovuşur - İxtira

Yaponiya alimlərinin yeni ixtirası tibbi cihazalara ehtiyacı tamamilə aradan qaldıra bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu ixtiranın tətbiqindən sonra xəstə üzərində kabelə bağlı cihazla müayinə dövrü sona çatacaq.

Bu müayinə üsuluna görə, insan orqanlarının həyat funksiyaları nazik sensorlu tatu təbəqə hesabına ölçüləcək. Müvəqqəti xarakterli həmin təbəqə dəriyə yapışdırılacaq, tatu kimi sanki dərinin bir parçasına çevriləcək.

Elektron tatular ürək döyüntüsünü, eləcə də bədəndə gedən prosesləri kabelə bağlı cihazsız izləməyə imkan verəcək.

  "Yaşıl çay"