Kişilərin “ikinci ürəyi”ni qoruyan İÇKİ

Sağlamlıq üçün faydalı içkilərin siyahısında balqabaq şirəsinin birincilər sırasında olması heç də təsadüfi deyil. Bir çox xəstəliklərin müalicəsində istifadə olunan bu şirədən sağlam adamlar da bəhrələnib, onun əvəzsiz faydalarından yararlana bilərlər.

Modern.az balqabaq şirəsinin faydalarını təqdim edir.

Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitədir.

Tərkibində pektinin olması ilə bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolesteroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir.

Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sistemi üçün xeyirlidir.

Ürək-damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O, həmçinin, qan təzyiqini aşağı salır.

Əsəbilərinin daima gərgin olmasından, sinir sistemindən şikayətlənənlər üçün balqabaq şirəsi əvəzsiz içkidir. Bu içkidən istifadə etməklə qısa zamanda onun müsbət təsiri özünü göstərir.

Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də bu içkidən istifadə etsələr xeyrini görəcəklər. O, sizi piylənmədən xilas edəcək.

Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.

Balqabaq şirəsi kişilərin “ikinci ürəyi” adlandırılan prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər.

Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə, ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.

Dırnaqların və saçların strukturunun qorunmasında balqabaq şirəsi faydalıdır.

Uşaqlarda raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən istifadə etmək məsləhət görülür.

Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.

Balqabaq şirəsinin faydaları ilə yanaşı əks göstəriciləri də var. Mədə və on iki barmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın.

  "Yaşıl çay"