Bu dərmanlar sonsuzluq və xərçəng yaradır – Xəbərdarlıq

Son zamanlar həm arıqlamaq üçün satılan dərman preparatlarının, həm də onlardan istifadə edənlərin sayı çoxalıb. Saytlarda da yer alan müxtəlif reklamlarda bir neçə gün ərzində insanların artıq çəkidən xilas ediləcəyi deyilir. Ancaq mütəxəssislər arıqlamaq üçün satılan dərman preparatlarının çox ciddi xəstəliklər – xərçəng və sonsuzluq yaratdığına diqqət çəkirlər.
Xəzər xəbər məlumat verir ki, həmin dərmanların təsiri özünü bir neçə ildən sonra göstərdiyinə görə istifadə edənlər də onun mənfi təsirindən uzun müddət xəbərsiz olurlar.

Dietoloq-terapevt Ləman Süleymanova deyir ki, sözügedən dərmanların fəsadları bununla da bitmir və gələcəkdə bir sıra problemlərə yol açır.
Tibb Universitetinin qadın xəstəlikləri kafedrasının assistenti Səmayə Əliyeva isə bildirir ki, arıqladan vasitələr sonsuzluğa, xərçəngə səbəb olduğu, hətta ürəyə ciddi zərər verdiyi üçün bu dərmanlardan istifadə həkimlər tərəfindən qadağan edilir.

Yəni Səhiyyə Nazirliyi bu cür dərmanların istifadəsinə tam qarşıdır və heç kəsə məsləhət görmür.

  "Yaşıl çay"