Bu məhsullar təzyiqi salır Həkimlər açıqladı

Həkimlər hipertoniyadan əziyyət çəkən insanlar üçün xüsusi müalicəvi pəhriz tövsiyə edir.

Hipertoniya xəstələri öz qidalanmasından yağlı, duzlu, qızardılmış, hisə verilmiş, marinada qoyulmuş qidaları çıxarmalıdır. Məhz bu qidaların qəbulu təzyiqin artmasına səbəb olur. Qidalanmaya daha çox meyvə-tərəvəz, qoz-fındıq, balıq daxil etmək lazımdır.

Hipertoniyadan əziyyət çəkən insanlar üçün ən faydalı məhsullar:

- Balıq. Elmi araşdırmalar nəticəsində məlum oldu ki, balığın tez-tez qəbulu təzyiqin tənzimlənməsinə kömək edir. Balıq, təbii ki, suda və ya buğda bişirilməlidir, qızardılmış balıq yemək olmaz.

- Quru meyvələr: kişmiş, ərik və qara qavalı qurusu.

- Süd məhsulları: süd, qatıq, kəsmik, kefir, pendir (çox duzlu olmamalıdır).

- Meyvə və giləmeyvələr: alma, banan, avokado, qara qarağat, itburnu, qarpız, kivi, limon, portağal, naringi, qreypfrut.

- Tərəvəzlər: sarımsaq, kələmin bütün növləri, bibər, xiyar, çuğundur, balqabaq, kök.

- Göyərti: cəfəri, ispanaq, kərəviz.

- Qoz-fındıq: araxis, badam, qoz, fındıq.

- Sıyıqlar: qarabaşaq, yulaf yarması ("herkules").

- Paxlalı bitkilər: noxud, lobya, mərci.

  "Yaşıl çay"