Soyuq havalarda nə yeyək?

Havaların soyuması özü ilə bərabər xəstəliklər gətirir.

“Qafqazinfo” xəbər verir ki, bir çox qidalar qış aylarında immunitetin gücləndirilməsinə kömək edir. Bu qidalardan biri də əncir qurusudur.

Tərkibində yüksək miqdarda zülal, vitamin və minerallar olan bu qurudulmuş meyvə qış aylarında hüceyrələrin yenilənməsini və xolesterinin qana qarışmadan xaric edilməsini təmin edir. Həkimlərin tövsiyəsinə görə, qozla qarışdırılıb yeyilən quru əncir bornxitə və öskürəyə qarşı faydalıdır. İçindəki “benzaldehit” maddəsi ilə zəngin olan bu meyvə qripin, eyni zamanda xərçəngli hüceyrələrin inkişafının qarşısını alır. Faydaları bununla da bitməyən quru əncir metobolizmanı sürətləndirir, dərini təravətləndirir.

  "Yaşıl çay"