Kəndlərdə tibbi kadrlar üçün stimullar yaradılacaq

Azərbaycanda kənd yerlərinin peşəkar tibbi kadrlarla təmin edilməsi üçün stimullar müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd olunub.

Layihəyə görə, ölkənin tibb mütəxəssislərinə olan illik tələbatı müəyyən ediləcək və bu ehtiyaclara uyğun olaraq, ali və orta tibb təhsil müəssisələrində tibb mütəxəssisləri hazırlanacaq.

Eyni zamanda, ailə həkimi praktikası genişləndiriləcək.

  "Yaşıl çay"