Qış fəslində hansı vitaminləri qəbul etmək zəruridir

Qış fəslində insan orqanizminin vitaminlərə olan tələbatı xüsusilə artır. Bunun səbəbi ilin bu dövründə orqanizmin normal fəaliyyəti üçün gərəkli olan vitaminlərin təzə bitkilərdən ala bilməməsi və günəş işığının azlığıdır.

Bu zaman demək olar ki, bütün insanlar hər hansı bir şəkildə nasazlıq, daimi yuxululuq, əzginlik, yorğunluq hiss edirlər. Bundan başqa qanda vitamin yetərsizliyi fonunda orqanizmin immun sistemi, müqaviməti zəyifləyir. Buna görədə soyuq aylarda əksəriyyət ciddi virus xəstəliklərindən əziyyət çəkir.

Və ilin bu fəslində lazım olan vitaminləri qəbul elədiyimiz qidalardan almaq qeyri mümkündür. Bu isə özünü gipovitaminoz kimi büruzə verir.

Belə xoşagəlməz halların qarşısını almaq üçün insan zamanında öz sağlamlığının qayğısına qalmalıdır. Qışda gərəkli olan vitamin ehtiyatını yayda, bütün meyvə və tərəvəzləri təbii halda istehlak edərək toplamaq mümkündür. Siz meyvələri fəslində qurutmaqla onları qışda ləzzətli təam kimidə istehlak edə bilərsiniz.

Qışda hansı vitaminlər istehlak olunmalıdır;

A vitamini

Soyuqdəymə və qrip zamanı lazım olan bir nömrəli maddə. Onun anti-iltihab təsiri, yoluxucu xəstəliklərə qarşı bədənin müqavimətini artırır. A vitamini dərinin normal vəziyyətdə saxlanılması , selikli membranlar və gözlər üçün əvəzolunmaz  maddədir. O, bədəndəki hormon səviyyəsinə nəzarət edir və qaraciyərin qoruyucu funksiyalarını yeniləyir. A vitamininin gündəlik istehlak norması 1 mq təşkil edir.

A vitamini süd məhsulları, ət, balıq, toyuq yumurtası, qarabaşaq yarması,  yulaf, kələm, lobya, göbələk, pomidor, maya, ərik kimi məhsulların tərkibində böyük miqdarda vardır. A vitamini eyni zamanda cəfəri, istiot, dağ nanəsi, çobanyastığı, adaçayı və dağ jenşen kimi bir çox dərman bitkilərinin tərkibində mövcuddur. Bu vitaminin çatışmazlığı özünü sizdə əzələ spazmı, yuxusuzluq,göz bəbəyinin böyüməsi kimi büruzə verə bilər.

C vitamini

Vitamin C bədəndə normal oksidləşmə-reduksiya reaksiyaları üçün zəruri elementdir. Askorbin turşusu bədən tərəfindən mənimsənilə bilmir, damar divarının keçiriciliyi pozulur . Bu isə öz növbəsində digər vitaminlərin də çatışmasızlığına gətirib çıxardır. Bu maddə böyrəküstü vəzilərdə  hormonların formalaşmasında iştirak edir, immun sisteminin normal fəaliyyətini qorumaq üçün kömək edir, güclü antioksidan təsirə malikdir və daha önəmlisi  bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır. Qanda askorbin turşusunun çatışmazlığı digər fəsadlarda yarada bilir. Daima yuxulu olmaq, tez yorulmaq, tez muddətdə arıqlamaq, diş qanaxmaları, əzələlərin və oynaqlarda tez-tez ağrı bütün bunlar Vitamin C çatışmamazlığının əlamətləridir.

Vitamin C sayəsinda qanda bədənə düşmüş yad cisimlərin məhvinə cavab verən leykositlərin, makrofaq və limfositlərin aktivliyi artır, virus xəstəliklərinə qarşı bədənin müqaviməti güclənir. Askorbin turşusu böyük miqdarda qara və qırmızı qarağat, qreypfrut, portağal, limon, qırmızı çili bibəri, yaşıl noxud, brüssel kələmi, qırmızı və ağ kələm, çiyələk və bütün sitrus meyvələrinin tərkibində vardır. İmmunitetin aşağı düşməsi,diş əti qanaxmaları,yaraların gec sağalması kimi faktorlarıda bədəndə askorbin turşusunun yetərsizliyinin göstəricisi hesab etmək olar.

D vitamini

D vitamini orqanizmdə kalsium və fosfor mübadiləsini təmin edir. Uşaq orqanizmi daima inkişafda olduğuna görə bu vitamin uşaqlar üçün xüsusilə vacibdir.

Bu vitaminin yetərsizliyi halında rəxitliyin əmələ gəlməsi, eləcədə sümük və dişlərin inkişafında geriləmənin olması ehtimalı çox böyükdür.  Həmçinin vitamin səviyyəsi aşağı olan uşaqlar əqli və fiziki inkişafda öz həmyaşıdlarından geridə qalır.

Qatıq, kəsmik, pendir, krem bitki yağı, yumurta sarısı, kərə və bitki yağı, dəniz məhsulları, balıq qaraciyəri, siyənək, tuna, skumbriya kimi məhsulları tərkibində kifayət qədər müvcuddur. Kartof, cəfəri, yulaf, göyərti, yonca, qatırquyruğu, gicitkənin tərkibində həmçinin D qrupu vitaminləri vardır.

Nəzərinizə çatdırmaq istəyərdik ki,bu vitamin bitki mənşəli məhsullarda o qədərdə çox deyil.Bu səbəbdən ət və ət məhsulları yeməyən şəxslər qanlarında D vitamininin miqdarını daima nəzarətdə saxlamalıdırlar. Bu vitamin ən çox balıq yağının tərkibində vardır. Beləki siz, gündə iki dəfə, hər dəfəsində 2 kapsul olmaqla qəbul edərək orqanizminizin bu vitaminə olan gündəlik tələbatını ödəyə bilərsiniz.

E vitamini

E vitamini hüceyrələri sərbəst radikallardan qorumaq üçün məsuliyyət daşıyır və qan axını, zülal və yağ mübadiləsinidə yaxşılaşdırır,dəri bərpasını sürətləndirir. Gündəlik norması 8-15 mq təşkil edir. Bu vitamin bitki yağları, bütün taxıl və lobya, toyuqyumurtası, kərəöz, kahı, brokoli, kök, mal qaraciyəri və nanə yarpaqlarında bol olaraq mövcuddur.

 "Yaşıl çay"