Masallının Babaser kəndində tibb məntəqəsinin yeni binası açılıb

Dekabrın 14-də Dünya Bankının maliyyələşdirdiyi “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Masallı rayonunun Babaser kəndində tibb məntəqəsinin yeni binası istifadəyə verilib.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Boradigah qəsəbə ərazi icra nümayəndəsi Ələkbər Cəfərov, ağsaqqal Məhəmməd Abbasov, müəllim Pərvanə Tağıyeva və başqaları kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Mərasim iştirakçıları yeni tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.

   "Yaşıl çay"