E vitamini hansı qidalarda mövcuddur?

Çox güclü antioksidantlardan biri də E vitaminidir. E vitamini hüceyrə quruluşunun pozulmasının qarşısını alır, yaraların sağalmasını sürətləndirir, xərçəngə qarşı qoruyucu təsir göstərir.

Axar.az E vitamininin faydaları haqda məlumatı təqdim edir:

Bu vitamin damar sərtliyinə və laxtalanmaya mane olur, dərini gözəlləşdirir, immun sistemini gücləndirir, göz sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Bədəndəki ağır metallar, zəhərli birləşmələr, radiasiya və bəzi dərmanların yaratdığı toksinlərə qarşı qorumanı təmin edir. Eyni zamanda, E vitamininin altsaymer xəstəliyinin qarşısının alınmasında müsbət təsiri olduğu da sübut edilib.

Bəs E vitamini hansı qidalarda mövcuddur?

Başda taxıl olmaqla, ispanaq, balqabaq, kələm, kahı kimi tərəvəzlərdə, zeytun yağı, balıq yağı, fındıq, qoz, ton balığı, sardina, yumurta sarısı, pomidor və kartofda bol miqdarda E vitamini olur. Əsasən də bir ovuc fındıq gündəlik E vitamini ehtiyacını böyük nisbətdə qarşılayır.

E vitamini çatışmazlığında orqanizmdə bu əlamətlər meydana çıxır:

– qansızlıq
– gözdə zəifləmələr
– tez yorulma
– yaraların gec sağalması
– cinsi istəksizlik
– sonsuzluq.

E vitamini çatışmazlığı ürək xəstəlikləri və xərçəng riskini də artırır. Xüsusilə yetkinlik dövründə E vitamini ehtiyacı kifayət qədər qarşılanmalıdır.

  "Yaşıl çay"