Kələmin — FAYDALARI və ZİYANI

Görəsən kələmin insan orqanizminə hansı faydaları və ziyanı var?

Ölkə.Az bu gün bu məsələni işıqlandıracaq.

Alimlərə məlum olub ki, kələmin tərkibində U vitamini var. Bu vitamin mədə xorası, 12 barmaq bağırsaq yarası, qastrit kimi xəstəliklərin müalicəsində çox effektlidir.

Tərkibi

Kələmin yarpaqlarında fitonsid, zülal, orqanik turşu, mineral maddələr və şəkər var. Naringi və limonla müqayisədə kələmin tərkibində C vitamini daha çoxdur. Bu səbəbdən 200 qram kələm insanın sutkalıq askorbin ehtiyacını təmin edə bilər.

Bundan başqa, kələmin tərkibində B, PP qrup vitaminləri, pantoten və foli turşuları, qlükoza, kalium duzu, fosfor və kalsium var.
Kələmin tərkibində dəmir, sink, alminium və marqans mikroelementləri var.

Faydaları

Kələm yarpaqlarında olan foli turşusu qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsi prosesinə kömək edir və qadınlar üçün faydalıdır.

Kələmin tərkibində olan artron turşusu xolesterin və yağ toplanmasına imkan vermir. Bu turşu isti şəraitdə dağıldığı üçün, kələmi çiy yemək məsləhət görülür.

Kələm ağrıkəsici və iltihab əleyhinə yaxşı vasitədir. Podaqradan əziyyət çəkənlərin qida rasionuna kələm əlavə edilir. Eyni zamanda, ürək xəstəlikləri, böyrək xəsəlikləri, sidik kisəsi xəstəlikləri və qəbz vaxtı kələm məsləhət görülür.

Kələm şirəsi

Mədə şirəsinin turşuluğu az olanda kələm şirəsi içmək məsləhət görülür. Bundan başqa, kələm şirəsi bronxit vaxtı bəlğəmgətirici xüsusiyyətə malikdir. 

Həkimlər pnevmaniya vaxtı kələm şirəsi məsləhət görürlər. Kələm şirəsi həm də qaraciyərə faydalıdır.

Yağlı maddələr mübadiləsini stabilləşdirən xüsusiyyətinə görə pəhriz qidası sayılır.

Kələmin tərkibindəki zülal maddələr mübadiləsinin pozulmasında faydalıdır. Kələm şirəsi şlakları və zərərli maddələri orqanizmdən çıxarır. Fitonsidlər isə vərəm çöpləri və digər mikrobların inkişafının qarşısını alır.

Xalq təbabətində kələmdən geniş istifadə edilir.

Ziyanı

Kələmin bəzi hallarda ziyanı da var. Məsələn, çiy kələm yemək bəzən ürəkbulantısına, mədə köpünə və mədədə ağırlığa səbəb ola bilər. 

Miokard infarkt, ishal, yüksək mədə turşuluğu, enterit, kolit kimi xəstəlikdən əziyyət çəkənlərə kələm yemək məsləhət görülmür.

   "Yaşıl çay"