Rahat yatmaq üçün bunları yeyin

Gündəlik yuxu norması 8 saat olsa da, bir çox insanlar yuxusuzluqdan əziyyət çəkir.

Trend-in məlumatına görə, yuxusuzluq problemini aradan qaldıracaq maddələr aşağıdakılardır:

Badam - tərkibində olan triptofan maddəsi və maqnezium sayəsində yuxunuz daha rahat olacaq.

Yulaf - tərkibində qaranlıqda ifraz olunan melatonin var. İnsulin istehsalını hərəkətə keçirərək yuxu gətirir.

Bal - bir çay qaşığı balda olan qlükoza beyninizin oreksin istehsalına təsir edir. Oreksin istehsal olunmayanda bədən yuxu rejiminə keçir.

Banan - təkibində maqneziumdan əlavə, seratonin və melatonin hormonları var ki, bu da rahat yuxuya getməyə kömək olur.

Hinduşka əti - təbii antidepresant və rahatlaşdırıcı triptofanla zəngin olan hinduşka əti də Sizə gözəl yuxu bəxş edəcək.

  "Yaşıl çay"