Fizika sahəsində Nobel mükafatçılarının adları açıqlanıb

ABŞ alimləri Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq görülüblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onlar kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.

Bu ideyanı ilk dəfə 1916-cı ildə Albert Eynşteyn irəli sürüb.

Qeyd edək ki, bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir. Alimlərinsan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.

Qeyd edək ki, oktyabrın 4-də kimya, oktyabrın 9-da isə iqtisadiyyat sahələrində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq. 

  "Yaşıl çay"