Anar Camal oğlu İsgəndərov -62. TƏBRIK EDIRIK!

Anar Camal oğlu İsgəndərov  1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub.

1973-1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1984-cü ildən BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. 1999 cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasına müdir seçilib.

1978-1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında «Fəlsəfə» kafedrasında kabinet müdiri, 1984-1999-cu illərdə BDU-nun Tarix fakültəsi «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir.

Çalışdığı müddətdə «Azərbaycan tarixinin tarixşünaslığı», «Azərbaycan tarixinin mənbəşünaslığı», «Tarix elminin aktual problemləri», «Tarixi tədqiqatların metodoloji problemləri» fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir.

Rəhbərliyi altında 4 nəfər namizədlik disserasiyası müdafiə etmiş, 3 əyani aspirant, 6 nəfər dissertant namizədlik dissertasiyası üzərində tədqiqat işlərini davam etdirirlər.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə "Tərəqqi" medali ilə təltif olunub.

2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İlk dəfə olaraq  A.İsgəndərov tərəfindən 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırılıb.

1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və «Altun» qızıl medalı ilə, 2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərimə görə «Qızıl döş nişanı» ilə təltif olunub.

A.İsgəndərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov "Tarix və onun problemləri", "Dirçəliş", "Kəlam", "Yaşıl çay" jurnallarının redaksiya şurasının üzvüdür.

Hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri ilə, o cümlədən Amerika tarixçisi Castin Makkarti ilə birlikdə türk-müsəlman soyqırımı problemi ilə bağlı əməkdaşlıq edir.

"1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi" mövzusunda tədqiqat işləri aparıb.

A.İsgəndərov bu illər ərzində 6 monoqrafiyası, 5 dərs vəsaiti, 15 proqramı, 300-dən çox elmi məqaləsi nəşr olunub.

1989-cu ildə «Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı» mövzusunda namizədlik , 2004-cü ildə «Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Tarix elmləri doktoru, professordur.

Araz Yağubov başda olmaqla“Yaşıl çay” jurnalının kollektivi tanınmış elm xadimi, jurnalımızın redaksiya heyətinin üzvü və daimi müəlliflərindən biri professor Anar İsgəndərovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayırıq!

  “Yaşıl çay”