Ən qədim mumiya Azərbaycanda tapıldı

Dünyanın ən qədim mumiyası 2350 il əvvəl yaşamış insanın mumiyasıdır.

  Axar.az xəbər verir ki, sözügedən mumiya 16-18 yaşlı gənc oğlana məxsusdur. Bu mumiya Cənubi Azərbaycanın Zəncan şəhərindəki Mahmud xan Zülfüqari Tarixi Etnoqrafiya Muzeyində saxlanılır.

 Bu gün dünyada mumiyalar iki növə ayrılır: təbii və kimyəvi mumiyalar. Misirdə tapılan mumiyalar kimyəvi mumiyalar hesab olunur. Təbii mumiyalar isə özü üç yerə ayrılır: buz, palçıq və duz mumiya. Dünyada buz mumiya İtaliyada tapılıb. Duz mumiya isə yalnız 12 il öncə Zəncan əyalətində Çehrabad duz mədənində qazıntı zamanı aşkarlanıb.

 İlk duz mumiya insanın tədqiqi, onun tarixinin müəyyən olunması üçün Oksford Universitetinin mütəxəssisləri cəlb edilib.

 Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumiya 2350 il əvvəl yaşamış 16-18 yaşlı gənc oğlana aiddir. O, çiynində duz kisəsi daşıyarkən uçqun altında qalıb. Gənc mumiya oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqqabı və dəridən olan duz kisəsi öz orijinallığını itirmədən, xarab olmadan qala bilib.