Nəhayət: Əsrin nəzəriyyəsi isbat edildi - 100 il sonra

Albert Eynşteynin 100 ildir ki, isbat edilməyən yer çəkimi ilə bağlı nəzəriyyəsi sübuta yetirilib.

Axar.az xəbər verir ki, elm adamları Eynşteynin son nəzəriyyəsini kainatın işinə ən uyğun nəzəriyyə hesab edirdilər. Eynşteynin 1916-cı ildə irəli sürdüyü bu nəzəriyyə ABŞ-ın Texnologiya və Kaliforniya İnstitutları tərəfindən isbat edilib.

  Bu iki institut tərəfindən keçirilən mətbuat konfransında bu nəzəriyyənin Nobel mükafatına layiq görüləcəyi qeyd edilib.
 
Müşahidələr zamanı bir-birilə toqquşan iki qara deşik aşkar edildiyi qeyd edilib, həmçinin toqquşma səsi də eşidilib. Kəşfiyyatı qiymətləndirən astro-fiziklər qara dəliklərdən alınan siqnalın cazibə dalğalarının varlığı ilə bağlı heç bir şübhə qalmadığını vurğulayıblar.
 
Qeyd edək ki, Eynşteynin 1916-cı ildə irəli sürdüyü bu nəzəriyyə heç bir şəkildə isbat edilə bilməmişdi. Təxminən 100 il öncə Albert Eynşteyn özünün şah əsərini – Ümumi Nisbilik Nəzəriyyəsini dünyaya təqdim etmişdi. Bu nəzəriyyə bir çox fiziki hadisəni qabaqcadan proqnozlaşdırırdı. Planetlərin Günəş ətrafında hərəkəti, işığın qravitasiyaya görə istiqamətini dəyişməsi, qara dəliklər, qravitasiya dalğaları və s. Sonuncudan başqa digərləri Eynşteyn yaşayarkən və ya ölümündən sonra isbat edilib. Bunlardan ən maraqlısı isə Qara dəliklərdir. Qara dəliklər deyəndə ilk ağla fəzanın müəyyən yerində dəlik olduğu gəlir. Lakin, bu belə deyil. Düzdür, çox təsvirlərdə ikiölçülü fəzada fəzanın yarılması kimi göstərilir. Fikir yetirilməli məqam isə o təsvirlərdə yuxarı və aşağı istiqamətdə fəza yoxdur. Əksinə, o fəzanın necə sıx olduğunu göstərir.