14 ildən sonra heç kim ölməyəcək – Quqldan şok

Quql şirkətinin baş futuristi Ray Kurzvil 2029-cu ildən etibarən ölümsüzlüyün mümkün olacağını iddia edib.

Axar.az xəbər verir ki, Kurzvil 2045-ci ildə isə süni zəkanın insan zəkasından min dəfə ağıllı olacağını irəli sürüb:

“2029-ci ildə tibbi texnologiyalar qalan ömrümüzə hər il bir il daha əlavə edəcək. Nano texnologiya sayəsində immunitet sonsuz olacaq, xərçəng və digər xəstəliklər təhlükəli olmayacaq. 2 milyon il əvvəl insan beynində frontal korteks (inqilabi dəyişiklik) olub. Bu da insan zehninin inkişafı ilə nəticələnib. Həmin proses təkrarlanacaq və beyinlərdə inqilabi inkişaf baş verəcək. İnsanlar arasında daha kompleks ünsiyyət formaları qurulacaq. Duyğulara daha dərindən təsir edəcək musiqi əsərləri yaranacaq. Yumor anlayışımız inkişaf edəcək. Məsələn, Android əməliyyat sisteminə baxaq. Bu sistem 1960-cı ildə MİT-də (Massaçusets Texnologiya İnstitutu - red.) istifadə olunan 11 milyon dollarlıq super kompüter ilə eyni funksiyanı yerinə yetirir”.

 "Yaşıl çay"