Rusiya antibiotikləri əvəz edə biləcək preparatların sınağına başlayır

Rusiyalı alimlər ənənəvi antibiotikləri əvəz etmək iqtidarında olan innovasiya preparatının klinik sınaqlarına başlamağa hazırdır.

"Report" xəbər verir ki, bu barədə BMT baş qərargahında antibiotiklərə müqavimət məsələlərinə həsr olunmuş iclasdan sonra jurnalistlərə açıqlamasında Rusiyanın səhiyyə naziri Veronika Skvortsova məlumat verib.

"Bu, Rusiya biotibbinin güclü inkişaf vektorudur. Biz bu sahədə artıq ilk uğurlarımızı qazanmışıq. Bizdə heyvanlar üzərində aparılan sınaqlar zamanı ağır infeksiyalar, o cümlədən qram mənfi infeksiyalara qarşı öz səmərəliliyini göstərən preparatlar var", - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, Rusiya klinik sınaqlarda uğur qazanacağı təqdirdə özünü və digər ölkələri antibiotiklərə qarşı müqavimət problemlərindən qoruya bilər.

  "Yaşıl çay"