Günəşdə daha bir güclü PARTLAYIŞ oldu

Ötən gün Günəşdə daha bir böyük partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə "GOES-15" peykinin ötürdüyü məlumatlara istinadən xəbər verilib.

Günəşdəki bu dəfəki partlayış Х aktivliyində qeyd olunub.

Qeyd edək ki, sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü partlayışı baş vermişdi.

Alimlərin fikrincə, baş vermiş bu hadisə Günəş nüvəsində baş verən dəyişikliklərin qanunauyğun nəticəsidir.

  "Yaşıl çay"