Yaponiyada balıqçılar nadir növlü köpəkbalığı tutublar

Yaponiyada balıqçılar nadir növ Meqaçasma pelagios köpəkbalığını tutmağa nail olublar.

SalamNews-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, böyük ağıza malik bu köpəkbalığı balıqçılar tərəfindən Ovase limanının təxminən beş kilometrliyində tutulub.

Balığın çəkisi təxminən 1 ton təşkil edib, uzunluğu isə beş metr olub.

Bu növə ilk dəfə 1976-cı ildə rast gəlinib, lakin keçən bütün bu illər ərzində dünyada təxminən 60 belə köpəkbalığı görülüb. 

2009-cu ildə bu növ köpəkbalığı Filippində balıqçı tərəfindən tutulub. Alimlərin balığın bədənini elm üçün saxlamağa razı salmaq cəhdlərinə baxmayaraq yerli sakinlər bu nadir balığı yeyiblər.

Qeyd edək ki, böyük ölçülərinə baxmayaraq iriağızlı köpəkbalıqları təhlükə kəsb etmir, belə ki, onlar planktonlarla qidalanır.

  "Yaşıl çay"