Mərakeşdə dünyanın ən iri dəm çaydanı hazırlanıb

Mərakeşdə “SultanTea” şirkəti 1200 kiloqram ağırlığa və 2,58 metr hündürlüyə malik bəzəkli dəm çaydanı hazırlayıb. 

SalamNews-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, qeyri-adi çaydan 11-ci Mərakeş Kənd Təsərrüfatı Yarmarkasında nümayiş olunub.

Yarmarkada aşpazlar qrupu dünyanın ən iri çaydanında çay dəmləyiblər. Bu qeyri-adi çaydanda dəmlənən 1500 litr ətirli çay sərgi iştirakçılarını valeh edib.

Xatırladaq ki, qəribə əl işləri ilə tanınan Mərakeşdə bundan əvvəl dünyanın ən iri qənd parçası, omleti və s. Ginnesin rekordlar kitabına düşüb.

  "Yaşıl çay"