Qəddafinin qeyri-adi xəncəri tapıldı - İstanbulda

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin itmiş xəncəri ölümündən 5 il sonra tapılıb. 

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İstanbul Qaçaqmalçılıqda Mübarizə İdarəsi məlumat yayıb: "Xəncəri İstanbulda 10 milyon dollara satmağa çalışan iki nəfər saxlanılıb. Dindirilmə zamanı mardinli biznesmenin xəncəri Liviyadakı müxalif qruplardan 4,6 milyon dollara aldığı məlum olub". 

İdarədən verilən məlumata görə, xəngər müsadirə olunub: "Xəncərin ümumi dəyəri ən azı 2 milyon dollardır. Xəncərin üzəri qızıl və zümrüd daşları ilə işlənib, materialı isə fil sümüyündən hazırlanıb".

  "Yaşıl çay"