Bu ilin yayında beş maraqlı astronomik hadisə baş verəcək

Bu il iyunun 21-də təxminən yarım əsrdir müşahidə olunmayan kosmik hadisə müşahidə olunacaq. 

SalamNews AMEA-nın rəsmi saytına istinadla xəbər verir ki, həmin gün bədirlənmiş Ay və iyun gündönümü baş verəcək. Növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir. Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədirlənmiş Ay müşahidə olunacaq.

İyul ayının sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. Avqustun 11 və 12-də çoxsaylı "düşən ulduz”ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu ecazkar astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünə bilinməyən Yupiter və Venera planetlərinin yaxınlaşması reallaşacaq. 

Payızın ilk günü isə qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, ulduzun yalnız kiçik “alovlu” hissəsini görünməsinə imkan verəcək.

  "Yaşıl çay"