18 kiloqramlıq "meyid gülü" Belçikada çiçək açıb

Dünyanın ən böyük gülünü "Titan Arum" ("Amorphophallus titanum") Belçikanın Meyze şəhərində yerləşən Botanika bağında seyr etmək olar. Bu barədə Trend Belçikanın "Derniere heure" qəzetinə istinadən xəbər verir.

"Titan Arum" yeni çiçək açıb və istəyənlər bu qeyri-adi - 1,9 metr uzuluğunda və 18 kiloqram çəkisində olan bitkini 72 saat ərzində ğörə biləcəklər. 3 sutka ərzində bu gülü seyr etmək mümkün olacaq.

Gülün xüsusiyyətlərindən biri də pis qoxusudur. Qoxu isə meyiddən və iylənmiş balıqdan qələn iyə bənzəyir. Buna görə bu bitkinin adını həmçinin "meyid gülü" adlandırıblar.

  "Yaşıl çay"