"Bu ilin iyulu tarixdə ən isti ay olub" - NASA

2016-cı ilin iyul ayı meteoroloji müşahidələrin tarixi boyunca, yəni son 136 ildə Yerdə ən isti ay olub. Trend BBC-yə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
 
NASA-nın baş klimatoloqu Kevin Şmidt jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin iyul ayında havanın orta temperaturu 1950-1980-cı illərdə orta temperaturdan 0,84 dərəcə və 2011 və 2015-ci illərin iyul ayında müşahidə edilən rekord temperaturdan 0,18 dərəcə çox olub.
 
Alimlərin çoxu hesab edirlər ki, planetdə istiləşmənin səbəbi istixana qazlarının havaya buraxılmasıdır, lakin bununla belə alimlər istiləşmənin səbəbi barədə vahid fikrə gələ bilməyiblər.
  "Yaşıl çay"