Dünyanın ən bahalı çaydanı

Londonda dünyanın ən bahalı dəm çaydanı nümayiş etdirilib.

Axar.az “Luxurylaunches”a istinadla xəbər verir ki, bu çaydanın qiyməti 3 milyon ABŞ dollarıdır.

“Eqoist” adlı qızıl çaydan İtaliyanın “Scavia” firması tərəfindən hazırlanıb. Çaydanın hazırlanmasında 1,6 min brilyant və 388 rubin daşından istifadə edilib. Mərkəzində 6 karatlıq rubin, qapağında isə 20 karatlıq brilyant var.

Buna qədər I Yelizavetaya məxsus çinidən hazırlanmış çaydan ən bahalı sayılırdı. Çində hazırlanan və kraliçaya hədiyyə göndərilən çaydan 2007-ci ildə hərracda 2 milyon dollara satılmışdı.

  "Yaşıl çay"