İmperatorun çaydanı 3 milyona satıldı

Çində 18-ci əsrə aid çaydan hərracda 3 milyon dollara satılıb. 

Axar.az xəbər verir ki, çaydanın imperator Qian Lonqun çaya olan sevgisini simvolizə etdiyi bildirilib. 

Hərracda iştirak edən 10 milyonçu sözügedən çaydanı almaq üçün son ana qədər bir-biri ilə mübarizə aparıb. Sonda çaydan adı açıqlanmayan asiyalı iş adamına qismət olub. 

Qeyd edək ki, bundan az əvvəl Londonda “Eqoist” adlanan dəm çaydanı 3 milyon dollara satılıb. İtaliya firmasının istehsalı olan çaydanın hazırlanmasında 1,6 min brilyant və 388 rubin daşından istifadə edilib. Çaydanın mərkəzində 6 karatlıq rubin, qapağında isə 20 karatlıq brilyant var.

  "Yaşıl çay"