Yaralı qartal Hirkan Milli Parkına təhvil verilib

Lənkəranda yerli sakinlər yolun kənarında hərəkətsiz halda qalan qartal aşkarlayıblar. Yaralı olduğu müəyyən olunan qartal Hirkan Milli Parkına təhvil verilib. Parkın mütəxəssisləri quşun güllə ilə vurulduğunu və yarasının ağır olduğunu, bu növ qartalların cənub bölgəsinin təbiəti üçün xarakterik olmadığını bildiriblər.
 
Hirkan Milli Parkında qartala lazımi tibbi yardım göstərildikdən sonra yaralı quş və heyvanlar üçün nəzərdə tutulmuş guşəyə yerləşdirilib.
  "Yaşıl çay"