Əli Ağazadə. Lənkəran çayı

Şeir.

Hamıya burda çay  ilin hər çağı

Qədir-qiymətlidir düz-çörək qədər.

Çayla qarşılayıb əziz qonağı,

Hərə alim kimi fikir yürüdər.

 

Burda çay-duyğuya yavanlıq,məzə,

Yığar bir süfrəyə doğmanı,yadı

Burda çay güc verər söhbətə,sözə,

Bir az da çoxalar söhbetin dadın.

 

Burda çay ayıqlıq timsalı olar,

Fikrə qüvvət verib zehni artırar.

Şərab ağlı,hüşü beyinden alar,

Çay hüşü,ağılı başa qaytarar.

 

Çayın ətri ile hərənin qəlbi

Burda neçə dəf dolar, yuklənər.

Ruhu, gümrahlığı, ilhamı təbi.

Çayın dadı ilə sanki köklənər.

 

Burdakı  dəmli çay adi çay deyil,

Onu içən adam qəlbən saflaşar.

Kamillər içinde onu, elə bil,

Həm də müdrükləşər, filosoflaşar.

 

Dunya taleyinin başlanar həlli,

Fikirlər beyində coşüb qızışar.

Kimi bir mətləbdən tapar təsəlli,

Kimi də şeirdən,sözdən danışar.

 

Beləcə uzanıb söz-sözü çəkər,

Beləcə duyğular baş alar burda.

Tədbirin ardınca tədbirlər tökər,

Beləcə ürəklər boşalar burda.... 

  "Yaşıl çay"