Lənkəranda “Məmməd Araz poeziya günü” keçirildi

Oktyabrın 11-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş Məmməd Araz poeziya günü keçirilib.

Tədbirdən öncə mərkəzin foyesində Məmməd Arazın yaradıcılığına həsr olunmuş kitab sərcisi təşkil olunub. Sonra Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı açaraq bildirdi ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları onun poeziyasının əsas mövzularını təşkil edir.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, istedadlı yazıçı Aqil Abbas Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Yədulla Ağazadə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin sədr müavini Ağamir Cavad çıxış ediblər. Onlar xalq şairi Məmməd Arazın yaradıcılığına xas olan sənətkarlıq xüsusiyyətlərini diqqətə çatdırıblar, onun poeziyasının həmişəyaşar olduğunu qeyd ediblər.

Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri təltif olunublar. Qaliblər arasında Lənkəran Dövlət Universitetinin tələbələri, Lənkəran şəhər 5 və 8 nömrəli orta məktəblərin şagirdləri də olub. Onlara fəxri fərman, diplom və pul mükafatları verilib. Qaliblərə mükafatları Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Milli Məclisin üzvü, yazıçı Aqil Abbas təqdim ediblər.

Tədbirdə xalq şairi Məmməd Arazın şeirləri səslənib.

Şeirləri Lənkəran Dövlət Universitetinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri ifa ediblər.

Cəfər Cabbarlı adına 1 nömrəli musiqi məktəbinin müəllim kollektivinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səslənib.

  “Yaşıl çay